Nuland sabah Ankaraya gəlir

ABŞ Dövlət katibinin müavini vəzifəsini icra edən Viktoriya Nuland Türkiyənin paytaxtı Ankaraya səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Səfərin yanvarın 28-29-da baş tutacağı gözlənilir.

Bildirilib ki, Nuland türkiyəli rəsmilərlə ikitərəfli, regional və qlobal məsələləri müzakirə edəcək.