Gündəmdəki sual müharibələrin də kosmosa aparılacağıdır! Ayın sahibi kimdir?

1967-ci il Kosmos Müqaviləsinə görə, Ay və digər göy cisimləri heç kimə aid deyil! Ancaq Yer kürəsində hökmranlıq uğrunda döyüşlərini davam etdirən "nəhənglərin" Aya sahib olmaq üçün yarışmasına mane olacaq güc yoxdur!
Hazırda dünyanın bir çox yerində müharibələr gedir . Bunların səbəbi əsasən onların “regionlara hakim olmaq” məqsədi ilə bağlıdır. Amma fövqəldövlətlər özlərini təkcə yerlə məhdudlaşdırmırlar. Onlar öz bayraqlarını kosmosda dalğalandırmaq və Ayın mədənləri kimi nemətlərindən bəhrələnmək istəyirlər.

Müharibələrin də kosmosa aparılacağı iddia edilərkən, ABŞ, Çin, Sovet İttifaqı və Hindistandan sonra Yaponiyanın pilotsuz vasitəsi ilə Aya enməsi bir sual doğurub: Ayın qanuni sahibliyi kimdir ?

"Sherg.az" xəbər verir ki, İngilis Daily Mail qəzetinin bu sualına Northumbria Universitetindən kosmos hüququ professoru Kristofer Nyuman belə cavab verib: “Ayın sahibi yoxdur. 1967-ci il Kosmos Müqaviləsinə (OST) görə, Ay və meteorlar heç bir ölkəyə aid deyil. Bu, o vaxtkı iki super gücün (ABŞ və Rusiya) kosmos uğrunda yarışmasının qarşısını almaq üçün imzalanıb. Lakin onlar ayda faydalı qazıntılar axtarmağa cəhd etsələr 100-dən çox ölkənin bağlı olduğu OST onları dayandıra bilməz. Bu istiqamətdə müharibənin hazırda uzaq görünməsinin səbəbi Aya çatmağın çox çətin olmasıdır”.

Qeyd edək ki, 1967-ci ildə imzalanmış Kosmik Müqavilənin (OST) bəzi maddələri aşağıdakılardır:

* Kosmik tədqiqatlar bütün ölkələrə fayda verəcək.
* Kosmos milli suverenlik iddialarına tabe deyil.
* Dövlətlər kosmosda beynəlxalq hüquqa riayət etməlidirlər.
* Dövlətlər kosmosa nüvə silahı və ya digər kütləvi qırğın silahları qoymamalıdırlar.
* Astronavtlara bütün bəşəriyyətin elçiləri kimi yanaşmaq lazımdır.
* Kosmik stansiyalar və bazalar digər dövlətlərin nümayəndələri üçün də açıq olmalıdır.