Xəstə və həkim qiyafəsində xəstəxanaya basqın edilib, 3 nəfər qətlə yetirib

İsrail qüvvələri İordan çayının qərb sahilində həkim və xəstə qiyafəsində xəstəxanalara basqın edib. Basqın zamanı xəstəxanada müalicə alan 3 fələstinli öldürülüb. İsrail ölənlərin HƏMAS üzvləri olduğunu iddia edib.

Sherg.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, İsrail qüvvələri Cenin şəhərindəki İbn Sina xəstəxanasına basqın edib. Basqın zamanı xəstəxanada 3 fələstinlini qətlə yetirib.

Fələstinin Səhiyyə naziri Mey əl-Kayle Birləşmiş Millətlər Təşkilatına, beynəlxalq və insan haqları təşkilatlarına etdiyi çağırışda İsrail qüvvələrinin Qəzza zolağı və işğal altındakı İordan çayının qərb sahilində Fələstin xalqına və səhiyyə müəssisələrinə qarşı törətdiyi cinayətlərə son qoyulmasını istəyib. 
Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın xəbərində öldürülən 3 fələstinlidən ikisinin qardaş olduğu bildirilib. Öldürülənlərin Muhəmməd və Basil Ayman əl-Gazavi və Məhəmməd Vəlid Celamine olduğu qeyd edilib.

Bildirilib ki, mülki geyimli, həkim və tibb bacısı geyimində olan 10-a yaxın İsrail xüsusi təyinatlısı xəstəxanaya daxil olaraq 3-cü mərtəbəyə qalxaraq səssiz silahlarla 3 fələstinlini qətlə yetiriblər.