Rusiya XİN: Taktiki nüvə silahlarının Britaniyaya qaytarılması barədə ABŞ-yə xəbərdarlıq edirik

Rusiya ABŞ-yə taktiki nüvə silahlarının Böyük Britaniyaya qaytarılması barədə sərt xəbərdarlıq edir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Diplomat qeyd edib ki, bu baş verərsə, Avropada eskalasiya və təhlükə səviyyəsi artacaq və bu, onlara əlavə təhlükəsizlik gətirməyəcək.