Britaniya səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Bildirilib ki, Böyük Britaniya hökumətinin İran İslam Respublikasına qarşı ittihamlarının davam etməsindən sonra bu ölkənin Tehrandakı səfiri Saymon Şerklif bu gün XİN-ə çağırılıb.
İran Xarici İşlər Nazirliyinin Qərbi Avropan idarəsinin rəisi Britaniya hakimiyyətinin ittihamlarını, sanksiyalarını əsassız adlandırıb və qəti şəkildə pisləyib, İranın sərt etirazını səfirə çatdırıb.
Britaniya səfiri məsələni ölkəsinə çatdıracağını bildirib.