"Cavab son dərəcə sərt olacaq" - Moskva Aİ-nı hədələdi

Avropa İttifaqı ölkələrinin nümayəndələri Rusiyanın dondurulmuş aktivlərini müsadirə etsələr, ölkəmizin son dərəcə sərt cavab verəcəyinin fərqindədir.
Bakupost.az REN.TV-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.
O qeyd edib ki, buna baxmayaraq, Rusiya vəsaitlərindən istifadə etməklə öz büdcələrini yaxşılaşdırmaq ideyası Qərb ölkələri üçün son dərəcə cazibədar olaraq qalır.
"Onları son addımdan uzaqlaşdıran yeganə şey bunun doğuracağı nəticələrdir. Bizim cavab verəcəyimizi görürlər və bu, yumşaq desək, onları ruhdan salır. Cavabın son dərəcə sərt olacağını anlayırlar", - diplomat bildirib.