İl-76 təyyarəsi bu silahla vurulub - Putin açıqladı

İl-76 təyyarəsi ABŞ-ın "Patriot" zenit raket kompleksi ilə vurulub.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

O, təyyarənin "Patriot"la vurulmasını ekspertizanın təsdiqlədiyini vurğulayıb.

Qeyd edək ki, yanvarın 24-də 65 ukraynalı əsiri dəyişdirmək üçün daşıyan Rusiyaya məxsus İl-76 hərbi-nəqliyyat təyyarəsini Belqorod vilayətində qəzaya uğrayıb. Qəza zamanı 65 əsir, o cümlədən 6 ekipaj üzvü və 3 müşayiətçi hamısı ölüb. Rusiya MN təyyarəni Ukrayna ordusunun vurduğunu açıqlayıb.