Paşinyan Qazaxıstana işgüzar səfərə gedib

Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Qazaxıstan Respublikasına işgüzar səfərə gedib.
Bu barədə Paşinyanın mətbuat xidməti məlumat yayıb.

Ermənistanın baş naziri fevralın 2-də Almatıda Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasına sədrlik edəcək.