Zelenski Tokayevlə danışdı

Ukrayna Prezidenti Vladimir Zelenski ilə qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayev arasında telefon danışığı olub.
Axar.az xəbər verir ki, bu barədə Zelenski X hesabında yazıb.
O, həmkarına Sülh Formulu görüşünün nəticələri və Qlobal Sülh Sammitinə hazırlıq barədə məlumat verib.
“Biz həmçinin ikitərəfli ticarəti və siyasi dialoqu inkişaf etdirmək yollarını müzakirə etdik”, - Zelenski yazıb.
O, həmçinin Ukraynaya göstərilən dəstəyə görə Tokayeva təşəkkür edib.