Fransada yeni etiraz aksiyaları planlaşdırılır

Fransa Milli Dəmir Yolları Şirkətinin (SNCF) nəzarətçiləri fevralın 16-dan 18-dək baş verə biləcək aksiyanı planlaşdırırlar.

Trend xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Məlumata görə, işçilər “Fransanın böyük yerlərində həftə sonu tətili” etiraz aksiyası keçirmək niyyətindədirlər. Nəzarətçilər əmək haqqının artırılmasını və karyeranı bitirmək üçün şəraitin yaxşılaşdırılmasını tələb edirlər.

Fransa dəmiryolçularının əvvəlki irimiqyaslı tətili 2022-ci ilin sonunda baş tutub. Bu, təxminən 200 min sərnişinə təsir edən çox sayda qatarın ləğvinə səbəb olmuşdur.