Türkiyə ilə HƏMAS arasında kritik görüş

Türkiyə Milli İstehbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Qətərin paytaxtı Dohada HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə “TRT Xəbər” məlumat yayıb.

Məlumata görə, görüş zamanı əsir mübadiləsi və Qəzzadakı hadisələr müzakirə edilib.