Moskvanın yumurta dərdi - Tehran köməyə gəlir

İran Rusiyaya toyuq yumurtası tədarük etməyə hazırdır.
Bakupost.az xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfirliyinin ticarət attaşesi Möhsün Rəhimi bildirib.
Diplomat bu barədə XIV Beynəlxalq "Halal" Konqresinin kuluarlarında məlumat verib.
Onun sözlərinə görə, Tehran hazırda Rusiyaya yumurta ixrac edə bilər. Attaşe bunu Rusiya və İran üçün birgə işləmək üçün yaxşı fürsət hesab edib.
Diplomat qeyd edib ki, İran tərəfi də öz növbəsində Rusiyadan ət məhsullarının idxalında maraqlıdır. O əlavə edib ki, Tehran indi bir sıra məhsullar, o cümlədən ağ və qırmızı ət idxal etməlidir.
Qeyd edək ki, Rusiyada yumurta qıtlığı ilə əlaqədar Azərbaycan, Türkiyə, Belarus və Hindistan bu ölkəyə yumurta ixracını artırıb.