Zaxarova erməni jurnalisti yerinə oturdub

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bugünkü mətbuat konfransında erməni jurnalist-təxribatçını layiqli cavabını verdi.

Trend bu barədə çərşənbə günü xəbər verir.

Erməni jurnalist İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidənin təhqir olunması mövzusundan başlayaraq, qəfildən guya Azərbaycan tərəfindən törədilən “Qarabağda İkinci Dünya Müharibəsi qəhrəmanlarının abidələrinin və məzarlarının təhqir olunması ilə bağlı mötəbər faktlar”a keçib.

“Əgər bu məsələ ilə bağlı materiallarınız varsa, mənə çatdırın, sonra şərh edəcəyəm”, - deyə Zaxarova cavab verib.

Qeyd edək ki, bu yaxınlarda sosial şəbəkələrdə daha bir erməni vandalizminin görüntüləri yayılıb. Ermənilər bu dəfə mühasirədə olan Leninqrad uşaqlarının xatirəsini təhqir etmək qərarına gəliblər.