Kreml: Putinin Türkiyəyə səfər tarixi müəyyənləşməyib

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfər tarixi müəyyən olunmayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Putinin Ankaraya səfər tədbirinə hazırlıq aparılır.
Qeyd edək ki, dünən TASS agentliyi Türkiyədəki mənbəyinə istinadən Putinin fevralın 12-də Türkiyəyə səfərinin təxirə salındığını yazıb.