ABŞ Husi mövqelərinə raket zərbəsi endirdi

ABŞ qüvvələri Husi mövqelərinə 7 hava zərbəsi endirib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.

“Fevralın 8-də Səna vaxtı ilə səhər saat 5:00-dan 21:00-a qədər ABŞ qüvvələri gəmiləri atəşə tutmağa hazırlaşan 4 suüstü döyüş gəmisinə (USV) 7 hava zərbəsi endirərək özünü müdafiə əməliyyatı həyata keçirib”, - məlumatda bildirilib.

Hələlik hücumun təfərrüatı barədə dəqiq məlumat verilməyib.