Qazaxıstanda maska rejimi geri qayıdır

Qazaxıstanda maska rejimi  geri qayıdır
Qazaxıstan vətəndaşlarına yeni növ koronavirus infeksiyası və qızılcadan qorunmaq üçün yenidən maska ​​taxmaq tövsiyə olunur.
Medicina.az xəbər verir ki, bu barədə ölkənin Baş Dövlət Sanitar Həkimi Ayjan Esmaqambetovanın göstərişində deyilir.
Qərarda hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması üçün profilaktik tədbirlərin gücləndirilməsinin vacibliyi qeyd olunur.