Peskov Paşinyana cavab verdi

Bizim erməni tərəfdaşlarımızla kifayət qədər tez-tez təmaslarımız olur və təbii ki, biz buna aydınlıq gətirəcəyik.
Axar.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Paşinyanın KTMT-yə üzvlüyünün dondurulması ilə bağlı bəyanatından sonra İrəvanın təşkilatdakı fəaliyyətinin necə olacağı sualını cavablandırarkən deyib.
“Çünki müvafiq sənədlərə əsasən, belə bir rejim (dondurulmuş üzvlük – red) de-yure KTMT planında sadəcə olaraq yoxdur. Danışıb, öyrənərik”, - o bildirib.