Kirayə haqqı yüksək olduğu üçün məktəbə təyyarə ilə gedir!

Mənzil problemi və kirayə haqqının artması qlobal böhrana çevrilib. Kanadalı bir universitet tələbəsi məktəbə təyyarə ilə getmək qərarına gəlib.
“Sherg.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Kirayə qiymətləri ilə bağlı problem yaşayanlardan biri də evi Kalqaridə olan Kanada universitet tələbəsi Tim Çendir. Onun məktəbi Vankuverdə yerləşir. Normalda o, Vankuverdə ev kirayələyib orada yaşamalı idi. Amma kirayə qiymətləri yüksək olduğundan ev tuta bilməyib. Tim Çen həll yolunu iki şəhər arasında uçaraq tapıb. Səhər təyyarə ilə Vankuverə 1 saat 40 dəqiqəyə gedən tələbə, axşam təyyarə ilə yenidən Kalqariyə qayıdır.
Qeyd edək ki, iki şəhər arasındakı məsafə hava ilə təxminən min kilometrdir. Beləliklə, Tim Çen məktəbə getmək üçün təxminən 2 min kilometr yol qət edir. Çenin həftədə 2 gün dərsləri var və onun biletinin qiyməti 200 dollardır (340 manat). Uçuş biletinin qiymətinin Vankuverdə kirayə haqqı ödəməkdən daha ucuz olduğunu izah edən Çen, gediş-gəliş biletlərini orta hesabla 150 dollara (təxminən 4 min 600 TL) (255 manat) aldığını bildirib. O, biletlərin ayda 1200 dollar (təxminən 37 min 200 TL) (2040 manat), Vankuverdə orta kirayə haqqının isə 2 min 100 dollar (təxminən 65 min 100 TL) (3570 manat)civarında olduğunu söyləyib. Beləliklə, ayda 900 dollar Çenin cibində qalır. Həftədə yalnız 2 gün məktəbə getməli olduğunu bildirən Çen, "Bu üsulun kirayə pulu ödəməkdən daha ucuz olduğunu və pula qənaət etdiyini" deyib.

Fidan Həməşəyeva