Paşinyan Yunanıstana getdi

Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə Yunanıstana işgüzar səfərə gedib.

Axar.az xəbər verir ki, məlumatı Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan Feysbuk səhifəsində yayıb.

Bildirilib ki, N.Paşinyan planlaşdırılmış səfəri çərçivəsində Yunanıstan Prezidenti Katerina Sakellaroplu, Baş nazir Kiriakos Mitsotakis və parlamentin sədri Konstantin Tasulasla görüşəcək.