Çanaqqala boğazı gəmilərə bağlandı

Çanaqqala boğazı hər iki istiqamətdə gəmilərin hərəkəti üçün bağlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Boğazın qatı duman səbəbindən bağlandığı, hava şəraitinin yaxşılaşmasından sonra hərəkətin bərpa olunacağı bildirilib.