İsrail və Almaniya razılığa gəliblər

İsrailə səfər edən Almaniyanın baş naziri Olaf Şolz Netanyahu ilə görüşlərindən sonra Qərbi Qüdsdə ortaq mətbuat konfransı keçirib.

Sherg.az xəbər verir ki, Şolz ilə görüşünə  toxunan Netanyahu, "dostlar arasında çox ciddi, əhəmiyyətli bir görüş keçirdiklərini" ifadə edərək, "Həmas-ın aradan qaldırılması mövzusunda da razılaşdıq" - deyib.

HƏMAS-ın Qəzzada qalmasına icazə veriləcəyi təqdirdə yenidən toparlanacağını və Qəzzanı ələ keçirəcəyini bildirən Netanyahu, alman həmkarının ondan Qəzzada mülki əhalinin qorunması üçün daha çox işlər görməsini və fələstinlilər üçün Qəzza zolağına daha çox humanitar yardımın daxil olmasına icazə verməsini istədiyini bildirib.

Netanyahu “İsrail mülki insanları qorumağa çalışır və məskunlaşan ərazilər uğrunda gedən döyüşlər zamanı Qəzza zolağında yardım paylanmasının çətin olduğunu” iddia edib.

Ordunun Rəfaha hücumu zamanı bölgədə mülki şəxsləri saxlamayacaqlarını söyləyən Netanyahu qeyd edib ki, məqsəd Rəfahda qalan HƏMAS batalyonlarını məhv etmək,  mülki əhalinin Rəfahı tərk etməsini təmin etməkdir.

İsrailin baş naziri iddia edib ki, İsrail ordusu mülki əhalinin ölümünü azaltmaq üçün əlindən gələni edib.

Almaniya kansleri Olaf Şolz da İsraildəki görüşlərindən sonra Qəzzaya davamlı olaraq daha çox humanitar yardım axınının lazım olduğunu bildirib.

 Şolz qeyd edib: “Bu gün İsrail baş naziri ilə Qəzzaya humanitar yardımların artırılması məsələsini müzakirə etdim.  Biz  fələstinlilərin aclığın qarşısını alacağıq. Biz xalqın əzab çəkməsinə baxa bilmərik. Bu, biz deyilik. Davamlı olaraq daha çox yardım göstərilməlidir. Baş nazirə yardımların çatdırılmasının vacibliyini çatdırdım". 
 Şolz, regional münaqişənin nəticələrinin ağır olacağını və Hizbullahın İsrailin şimalındakı bölgədən bu il geri çəkilməli olduğunu bildirib.
İşğal altındakı İordan çayının qərb sahili və Qəzza zolağının idarəsinin Fələstin rəhbərliyinə tabe olmasınə vurğulayan Şolz, Fələstin rəhbərliyinin həm kadr, həm də struktur baxımından yenidən təşkilinin əhəmiyyətinə toxunub.