Ket Midlton ortaya çıxdı

Şahzadə xoşbəxt və sağlam görünür

  Qalliya şahzadəsi Ket Midlton bir müddət əvvəl keçirdiyi qarın əməliyyatından sonra ilk dəfə görüntülənib. Şahzadə həftə sonu həyat yoldaşı şahzadə Uilyamla birlikdə təsərrüfat malları satılan mağazaya gedib. “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, şahzadə xoşbəxt, sağlam və rahat görünüb. Yanvar ayında şahzadənin əməliyyat olunduğu xəbəri yayılandan o, heç bir yerdə görünməmişdi. İndi gəzintiyə çıxan şahzadə isə xeyli sağlam təsir bağışlayıb. Şahzadələr "Windsor Farm Shop"da övladlarının da qatıldığı idman yarışını birgə izləyiblər. “The Sun” yazır ki, ətrafda dolaşan dedi-qodulardan sonra onların birgə görünməsi söz-söhbətlərə son qoyub. Ket Midlton şahzadə Uilyamla alış-verişə çıxıb və xeyli xoşbəxt görünüb. Şahzadə Ket Midlton əməliyyatdan əvvəl, sonuncu dəfə Yeni il bayramında xalq arasında olub. Şahzadənin krallıqdakı vəzifəsinin icrasına aprel ayından etibarən başlayacağı bildirilir.