ABŞ süni intellekt üçün yol xəritəsini açıqladı: 3 pilot layihədə istifadə olunacaq

Süni intellekt hər gün həyatın bir hissəsi olmağa davam edir. ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) AB-nin süni intellekt qanununu qəbul etməsindən sonra dünən verdiyi açıqlamada 2024-cü il üçün "süni intellekt yol xəritəsi"ni açıqladı. ABŞ təhlükəsizlik, narkotiklərlə mübarizə, qeyri-qanuni miqrasiya və uşaq istismarını əhatə edən üç yeni pilot layihədə süni intellektdən istifadə edəcəyini açıqlayıb.

Sherg.az xəbər verir ki, DHS, süni intellektin istifadəsi üçün yeni bir yol xəritəsi çəkdiklərini və üç yeni pilot layihə ilə istifadəsinin müəyyən sahələrdə fəaliyyət göstərəcəyinə diqqət çəkdi. "Pilot layihələr çərçivəsində Təhlükəsizlik Araşdırmaları (HSI) fentanilin aşkar edilməsinə və uşaqların cinsi istismarına qarşı mübarizə ilə bağlı araşdırmaların səmərəliliyinin artırılmasına yönəlmiş istintaq proseslərini təkmilləşdirmək üçün süni intellekti sınaqdan keçirəcək", - DHS bildirib.

Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi (FEMA) riskləri minimuma endirmək, təhlükələrin azaldılmasını  planlaşdırmaq və inkişaf etdirmək üçün süni intellektdən istifadə edəcək. Bundan əlavə, ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri (USCIS) immiqrasiya məmurlarının təlimini təkmilləşdirmək üçün süni intellektdən istifadə edəcək.


Fərqli dövlət qurumlarında tətbiqi gözlənilən süni intellekt sistemlərinin ilk olaraq uşaq istismarı və narkotik araşdırmaları, təbii fəlakətlər və fövqəladə hallarda ünsiyyət, immiqrasiya xidmətlərində istifadə ediləcəyi bildirilib. DHS, 2023-cü ildə Nazirlik nəzdində yaradılan 'Süni İntellekt İş Qrupu'nun koordinasiyası ilə süni intellektlə inkişaf etdirməyi hədəflədiyi tətbiqləri həyata keçirəcəyini bildirdi.


Avropa İttifaqı Parlamenti martın 13-də süni intellekt qanununu səsə qoyaraq qəbul edib. Qanuna süni intellektlə bağlı bəzi tədbirlər, o cümlədən biometrik identifikasiya sistemlərinin istifadəsinə məhdudiyyətlər daxildir. Bildirilib ki, qanunla vətəndaşların hüquqlarına təhlükə yaradan süni intellekt proqramları, o cümlədən həssas xüsusiyyətlər əsasında biometrik kateqoriyalara ayırma sistemləri və sifətin tanınması məlumat bazaları yaratmaq üçün internetdən üz təsvirlərinin və ya təhlükəsizlik kamerası görüntülərinin məqsədsiz toplanması qadağan edilir.