“Qaçaq” heyvanlar muzeyi aşkarlanıb  -Aslan, timsah, çita, bizon… 

İstanbul polisi qanunsuz heyvanat muzeyində əməliyyat keçirib. 
"Sherg.az" “NTV.com.tr”yə istinadən bildirir ki, muzeyin eksponatlarının qanunsuz yolla ölkəyə gətirildiyi məlum olub.  Eksponatlar arasında Ümumdünya Vəhşi Təbiəti Mühafizə Cəmiyyətinin siyahısında olan və qoruma altında olduqları bilinən bir sıra heyvanların, yırtıcıların müqəvvaları var. Onlar arasında aslan, timsah, çita, bizon, ceyran, maral, qara qurd, qütb ayısı və sair heyvanların müqəvvaları vardır. İstanbul polisi ölkəyə qaçaqçılıq yoluyla müqəvvəların gətirilməsiylə bağlı istintaq başladıb. Məlum olub ki, müxtəlif heyvan müqəvvalarını ölkəyə Ali Haydar Üstay adlı şəxs öz şəxsi təyyarəsi ilə gətizdirib. Sonra da muzey açaraq müqəvvəları nümayiş etdirməyə başlayıb. Əməliyyat zamanı nəsli kəsilməkdə olan heyvanların hər növ ticarətinin qadağan edilməsinə dair beynəlxalq konvensiyanın şərtlərinin pozulduğu  müəyyənləşib. Ümumilikdə muzeydən 405 heyvan müqəvvası müsadirə edilib. Bu da məlum olub ki, heyvanlar müxtəlif qitələrdəki 30 müxtəlif ölkədə ovlanıblar. Sonra da özəl təyyarə ilə İstanbula gətiriliblər. Ali Haydar Üstay qütb ayısını ovlamaq üçün 2 ay Kanadada yaşayıb, zolaqlı ceyrana görə də 2 həftə ağacda yatıb. Bundan əlavə Hakkaridə Anadolu bəbirini ovlayan şəxsin də Ali Haydar Üstay olduğu müəyyənləşib. Hətta o, güllə ilə vurub öldürdüyü bəbirin dərisini də nümayiş etdirib. O, heyvan müqəvvalarını satış məqsədilə düzəldib. Onların “qara bazar”da qiyməti 75 milyon lirədir.