Yaşar Gülər: Türkiyə və İraq əməliyyat mərkəzi yaradır

Bağdadda səfərdə olarkən İraq hakimiyyəti PKK-nın terror təşkilatı olduğunu ilk dəfə qəbul etdi.
Bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər jurnalistlərə açıqlamasında deyib.

“Bu, bizim üçün sevindirici haldır. Bundan sonra da birgə fəaliyyətimiz olacaq. Birgə əməliyyat mərkəzi yaradılacaq”, - deyə nazir bildirib.