Bu iki ölkə hərbi əməkdaşlığa dair saziş imzalayıb

Böyük Britaniya və Avstraliya hərbi əməkdaşlığa dair saziş imzalayıb.

Trend xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Sənəd Böyük Britaniyanın və Avstraliyanın müdafiə nazirləri Qrant Şeps və Riçard Marlz tərəfindən Avstraliya parlamentinin binasında imzalanıb.

Saziş tərəflərin silahlı qüvvələrinin hər iki ölkədə birgə fəaliyyətini asanlaşdırmağı nəzərdə tutur. Sazişə əsasən, Böyük Britaniya Avstraliyada sualtı qayıqların rotasiyasına, o cümlədən Avstraliya Hərbi Kəşfiyyat Təşkilatının tərkibinə daxil olan Birləşmiş Kəşfiyyat Mərkəzinin yaradılmasına öz töhfəsini verəcək.