İtalyan siyasətçi Makronu arvada bənzətdi

Fransa prezidenti hər nə qədər güc nümayiş etdirməyə çalışsa da, onun davranışlarında qadınlara xas cəhətlər özünü göstərir.
 
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İtaliya Senatının üzvü, senator Roberto Menia qalmaqallı açıqlamalar verib. İtalyan siyasətçinin “o, qadınlar kimi davranır”, sözləri Fransa siyasi dairələrində təlatüm yaradıb. Roberto Menianın açıqlaması Fransa prezidentinin rinqdə boksçu əlcəkləriylə qum torbalarını yumruqladığını əks etdirən fotosu paylaşıldıqdan sonra yayılıb. Məlumdur ki, Emmanuel Makron  Rusiyaya qarşı NATO-nun Ukraynaya hərbi qüvvələr göndərməli olduğunu deyib. 

Bundan sonra da Makronun şəxsi fotoqrafı onun boks məşqi zamanı çəkilmiş fotosunu sosial mediada paylaşıb. Belə hesab edilir ki, bu,  Makronun Putinə “əzələ nümayişidir”. Lakin onun “əzələ göstərisi” bir çox siyaslər tərəfindən bəyənilməyib. Roberto Menia isə bu fotolara “bunlar qadına xas davranışlardır. Üstəlik,  əzələləri ilə şou göstərib, güc nümayiş etdirən birisi heç bir ölkəyə, bölgəyə sülh gətirə bilməz” açıqlaması verib.