"Crocus City Hall"dakı terrorda 62 nəfər ölüb

Moskvada "Crocus City Hall" konsert kompleksində baş verən terror aktında ölənlərin sayı artıb.

APA xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.

İlkin məlumatlara görə, ölənlərin sayı 62 nəfərə çatıb.

Eyni zamanda binanın bütün otaqları hələ də yoxlanılmayıb.

Bu səbəbdən ölənlərin sayı arta bilər.