BMT-nin Baş katibi Misirdə səfərdədir

BMT-nin Baş katibi Antonio Quterreş Misirə səfərə gedib.
“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Baş katibin Qəzza zolağından olan fələstinlilərin müalicə olunduğu Əl-Ariş şəhərindəki xəstəxanaya baş çəkəcəyi gözlənilir. Daha sonra o, Misir-Qəzza sərhədindəki “Rəfah” sərhəd-keçid məntəqəsində mətbuata açıqlama verəcək.