Qızıl Aypara Qəzzada ən azı 364 həkimin öldürüldüyünü bildirir

Qəzza zolağında münaqişənin şiddətlənməsindən bəri ən azı 364 tibb işçisi ölüb.

APA xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyətinin X (keçmiş Twitter) sosial şəbəkəsindəki paylaşımında ​​deyilir.

“Qəzza zolağında müharibə başlayandan indiyədək 364 tibb işçisi, o cümlədən həkimlər, tibb bacıları və feldşerlər İsrail ordusu tərəfindən öldürülüb”, - məlumatda deyilir.