“Crocus”da ölənlərin sayı artıb

Moskvada martın 22-də “Crocus City Hall”da törədilmiş terror aktında ölənlərin sayı artıb.
APA xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Bastrıkin bildirib.
Onun sözlərinə görə, terror aktı nəticəsində 3-ü uşaq olmaqla 139 (137 nəfər hadisə yerində) nəfər həlak olub.
Ölənlərdən 75 nəfərin şəxsiyyəti müəyyən edilib.
Ölənlərdən 40-ı güllə yaralarından, 45-i isə yanğından dünyasını dəyişib.