Taylandda eynicinsli nikahlara ilk dəfə icazə verilib

Tayland parlamenti ölkə daxilində eynicinslilərin evliliyinə icazə verən bərabərlik qanununu ilkin olaraq təsdiqləyib. Qanun layihəsinin qanun olması üçün Senatın və kralın təsdiqi tələb olunur.

Sherg.az xəbər verir ki, Tailand Asiyada eynicinsli nikahları təsdiqləyən üçüncü ölkə olmaq yolunda ilk addımını atıb.

Asiyada eynicinslilərin evliliyinə icazə verən ilk ölkə 2019-cu ildə Tayvan olub. Sonra, keçən il Nepal eynicinsli nikahları tanımaq qərarına gəlib.

Parlamentin aşağı palatası ölkədə və dünyada yaşayan bütün homoseksuallar üçün əlamətdar addım olan eynicinsli birliklərə icazə verəcək gender "nikah bərabərliyi" qanununu qəbul edib.

Parlamentin qəbul etdiyi qanun layihəsinin qanuna çevrilməsi üçün Senatın və kralın təsdiqini tələb edir.