Blinken apreldə Avropaya səfər edəcək

ABŞ dövlət katibi Antoni Blinken aprelin əvvəlində Fransa və Belçikaya səfər etmək niyyətindədir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.
O qeyd edib ki, Blinken Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşəcək, orada Ukrayna və Qəzza zolağı ilə bağlı vəziyyəti müzakirə edəcək.
Onun sözlərinə görə, adıçəkilən ölkələrə səfər aprelin 1-dən 5-dək baş tutacaq.
Blinken daha sonra Brüsselə gedəcək, orada NATO xarici işlər nazirlərinin toplantısında iştirak edəcək, həmçinin NATO-nun Baş katibi Yens Stoltenberq və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə danışıqlar aparacaq.