İlqar Rəsul: O verilişləri bağlamaq heç nəyi dəyişmir
Yusif Nəzərli
07:09 29.03.2024
Cəmiyyət
791
Ciddi alternativ ola biləcək başqa verilişlər də düşünmək lazımdır
Prezident Administrasiyasının ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərlərinə şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlarının nəticəsi, hələ ki bu proqramların efir vaxtının azaldılmasında özünü göstərir. 4-4.5 saatlıq verilişlərin efir müddəti saat yarım azaldılıb. Amma mövzular eyni, yanaşmalar eyni. Aparıcılar yenə meydan sulayır. Hətta təhdid dilində danışırlar; kimsə bizim “səsimizi” (“pulumuzu”) kəsə bilməz! Məhkəməyə verərik, “arxamızda” tamaşaçı kütləsi var!” Sadəcə, araşdırmaq lazımdır, bu tv aparıcıların cəsarəti haradan, nədən qaynaqlanır? Haqlarında bunca tənqid səsləndiyi halda, həm də yuxarı instansiya tərəfindən. Xatırladaq ki, tv rəhbərlərinin dəvət olunduğu iclasda qeyd edilmişdi ki, ictimai narazılıq və narahatlıq doğuran “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi” kimi verilişlər son illər teleradio məkanının inkişafı sahəsində əldə olunmuş uğurlara ciddi kölgə salır. Telekanalların reytinq yarışında etik qaydaların pozulduğu, milli-mənəvi dəyərlərimizə xələl gətirildiyi, insanların şəxsi həyatına kobud müdaxilələrin yol verildiyi bəsit və bayağı verilişlərin çəkisinin artması narahatlıq doğurmaya bilməz. Həmin verilişlərdə eybəcər qalmaqalların əvvəlcədən ssenariləşdirilməsi, auditoriyanın pulla cəlb edilməsi, iştirakçılarla əlaqələrdə korrupsiya sxemlərinin həyata keçirilməsinə dair çoxsaylı şikayətlər var. Gündəlik 3-5 saat davam edən bu verilişlərdə insanların şəxsiyyəti alçaldılır, efirdə təhqir və ədəbsiz ifadələr işlədilir, efir mədəniyyəti, nitq qabiliyyəti, bilik səviyyəsi tələblərə cavab verməyən aparıcılar və ekspertlər isə sanki cəmiyyətə meydan oxuyurlar. Telekanalların rəhbərlərinin nəzərinə çatdırılıb ki, vəziyyət belə davam edə bilməz və qısa zamanda bu biabırçılığa son qoyulmayacağı, verilişlərin fəaliyyətində dönüş yaradılmayacağı təqdirdə, qanunauyğun şəkildə sanksiyaların tətbiq olunması, hətta telekanalların fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı tədbirlər qaçılmaz olacaq.
Bəs tv rəhbərləri hansı ölçü götürüb? Göründüyü qədər hələ ki ciddi dəyişiklik baş verməyib. Bir qədər də güzəştə gedib, gözləmə mövqeyində dayanmaq olar, tv-lərin bu eybəcər proqramlara çəki-düzən verməsi qısa müddətdə hasil olacaq iş deyil. Çox dərinə kök atıblar çünki. Bu cür tok-şouların efir müddətinin azaldılması çıxış yoludurmu?
Yazıçı-publisist, jurnalist İlqar Rəsul “Sherg.az”a açıqlamasında qeyd etdi ki, çıxış yolu o cür verilişlərə alternativlərin ortaya qoyulmasıdır:
- Belə tok-şoular olmalıdır. Çünki bütün dünyada var və televiziyaların maliyyə imkanlarının sabit qalmasında əhəmiyyətli rol oynayırlar. Əgər aparıcıların səviyyəsi prosesi lazımınca tənzimləyə bilmirsə, daha yuxarı instansiyalardan bəzi korrektələr olmalıdır əlbəttə. Amma tələb olunduğu kimi, o verilişləri bağlamaq, ya kəsib-doğramaq heç nəyi dəyişmir. Ciddi alternativ ola biləcək başqa verilişlər də düşünmək lazımdır. Yəni tərəzinin digər gözünü boş saxlamaq olmaz. Əks təqdirdə cəmiyyətin seçim imkanı azalır və birrəngli təfəkkür formalaşır insanlarda. Çıxış yolu, alternativ rolunu oynaya biləcək tok-şouların, verilişlərin layihələndirilib tətbiq edilməsidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İspaniyanın ən yüksək maaş alan idmançısı müəyyənləşdi
00:42 01.10.2026
İdman
İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb
00:20 01.10.2026
Gündəm
Ronaldo millinin düşərgəsini tərk edib
23:35 30.09.2026
Futbol
Zığ şosesində yük maşını aşdı - Yol bağlandı
23:13 30.09.2026
Hadisə
Qarabağdakı bağçalarda işləmək istəyənlərə xoş xəbər
22:50 30.09.2026
Elm və Təhsil
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət