22 uşaqlı ana: O, 47 yaşında sonuncu övladını dünyaya gətirib

 Böyük Britaniyada məşhurlaşmış ailə qonaq olduqları televiziya proqramında həyat hekayələrini danışıb. 
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, ailədə 22 uşaq böyüyür. Uşaqların anası  47 yaşında 22-ci övladını dünyaya gətirib. TV  proqrama qatılan ailə “yenə övlad istəyirsinizmi” sualına cavab verib. Noel və Sue Radford cütlüyü  22 övlad sahibi valideyn olaraq İngiltərədə məşhurdur. Sue ilk dəfə ana olmasını xatırlayaraq “ilk körpəm dünyaya gələndə o qədər ağrı çəkdim ki, “bundan sonra daha övlad” istəmirəm” deyə özümə söz verdim. Amma görürsünüz, ilk övladdan sonra daha 21 uşaq dünyaya gətirmişəm”, deyib. Noel əvvəlcə Suenin qardaşıyla dostluq edib.  Noelle 11,  Sue 7 yaşında olarkən aralarında dostluq münasibəti yaranıb. Uşaq yaşlarında yaranan dostluq onlar böyüdükcə sevgiyə çevrilib. 1992-ci ildə evləniblər. Və bu gün də xoşbəxtdirlər. Lakin həyatları heç də asan keçməyib. Övladları və nəvələrinin əhatəsində xoşbəxt olsalar da, şəxsi həyata vaxt ayıra bilmirlər. Hətta bir zamanlar ailə həyatında problemlər də yaranıb, boşanmaq barədə də düşünüblər. Amma ard-arda dünyaya gələn övladlar onları ayırmayıb, əksinə, daha sıx birləşdirib. Sue “batmaq, yoxsa üzüb xilas olmaq seçimi arasında qaldıqda üzməyi seçdik. Yığılan borclarımızı birlikdə çalışıb işləyərək qaytardıq. Evimizi, ailəmizi xilas etdik”, deyib. Ailənin sonbeşiyi ötən il dünyaya gəlib. “Yenə övlad istəyirsinizmi” sulaına isə Noell və Sue “yox, qətiyyən, bu qədər bəsimizdir” deyərək gülüşüblər.