Britaniya taxt-tacını o yönləndirir: Saray kimlərə qalı?

Vindzor sarayının sahibəsi indi Camilladır. Bəli, kraliça II Yelizavetanın vəfatının ardından, nəhayət, kral taxtına əyləşən oğlu III Karl xərçəng xəstəliyi ilə mücadilə edərkən, bir tərəfdən də taxt-tacın varisi şahzadə Uilyamın həyat yoldaşı, Qalliya şahzadəsi  Ket Midlitonda da xərçəng aşkarlanıb. Və şahzadə də hazırda müalicəsiylə məşğuldur.
 Belə olan halda sarayı hələ ki III Karlın həyat yoldaşı Camilla idarə edir. Şahzadə Ket Midliton bir müddət əvvəl özü video paylaşaraq xəstəliyi barədə İngiltərə ictimaiyyətini məlumatlandırıb. Bundan sonra şahzadəyə saysız-hesabsız dəstək mesajları gəlməkdədir. Kral ailəsinin bu ağır günlərində kraliça Camilla saraydakı vəzifəsinin icrasına davam edir. Londonda “Shrewsbury Farmers” bazarını ziyarət edən kraliçanı minlərlə insan əhatələyib. Əllərində şahzadə Ketə xoş arzular yazılmış plakatlar tutmuş insanlar  kraliçaya yaxınlaşıblar. Kraliça da “şahzadəyə xoş diləkləriniz məni dərindən təsirləndirdi. Əminəm ki, şahzadə xoş arzularınıza görə özünü xoşbəxt hiss edəcək”, söyləyib. Kraliça Lois və Harriet adlı 2 uşağın hazırladığı plakatları şəxsən şahzadəyə çatdıracağını deyib.