Rusiyanın “səs silahı”: Ölümdən betərdi

ABŞ-yə edilən enerji hücumlarının Rusiyadan qaynaqlandığı məlum olub. Dünya mediasına ötürülən xəbərlərdə bu hücumlar və gizli silahla bağlı detallar açıqlanıb.
 “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, illərdir sirri çözülməyən “səsli hücumlar”ın Rusiyanın müdhiş planı olduğu üzə çıxıb. 3 il əvvəl ABŞ hökuməti Avstriyanın paytaxtı Vyanada fəaliyyət göstərən amerikalı diplomatlar arasında yayılan xəstəliklə bağlı araşdırmaya başlayıb. Təqribən 20 diplomatda “Havana sindromu”na bənzəyən hallar – beyində əmələ gələn və detalları bilinməyən xəstəliyin simptomları müəyyən edilib. Bu sindrom ilk dəfə 2016 və 2017-ci illərdə Kubanın paytaxtı Havanada yaşanıb.  O illərdə Havanda vəzifə başında olan amerikalı və kanadalı diplomatlar baş fırlanması, müvazinətin itirilməsi, hissiyyatda problemlərvə təşviş keçirmək kimi simptomlar müşahidə edilib. Lakin bunun səbəbi bilinməyib. ABŞ Kubanı günahlandırsa da, sonuncu yaxasının çəkərək bu işdə əli olmadığını açıqlayıb. Avstriyadakı amerikalı diplomatlarda da eyni hal müşahidə edilincə, araşdırma aparan amerikalı mütəxəssislər simptomların səbəbini mikrodalğalı radiasiya ilə əlaqələndiriblər və bunu “səs hücumu” adlandırıblar. ABŞ-nin Mərkəzi Xəbər Təşkilatı – CİA başqanı William Burns təşkilatın 100 əməkdaşınını eyni sindroma uğradığını söyləyib. Radio yayımına qatılan CIA başqanı Burns əməkdaşların üzləşdiyi sağlıq problemi ilə bağlı ciddi təhqiqat başladıldığını deyib. William Burns bu məsələdə Rusiyanın “barmağı” ola biləcəyini, lakin dəqiq nəticəyə varmadan qəti hökm verməyin doğru olmayacaöını da söyləyib. Rəsmi Moskva isə iddiaları rədd edib. Bunun ardınca ABŞ mediasında yayılan xəbərlərdə sirli xəstəliyin “arxasından” rus hərbi sui-qəsd qrupunun çıxdığı bildirilib. Tədqiqata görə, Rusiya 2 il öncə Almaniyanın Frankfurt şəhərində özünylə bağlı ipucları qoyub. Frankfurtda çalışan  ABŞ hökumətinin vəzifəli şəxsi güclü enerji şüasına bənzər bir şeyin hücumuna məruz qaldığını və bundan sonra səhhətindən problemlər yarandığını deyib. ABŞ ordusunun təqaüddə olan zabiti Greg Edgreen isə “bu hücumların Rusiya ilə hər zaman bir bağlantısı vardır”, deyib. Digər birisi isə desibell vasitəsiylə gerçəkləşən hücumların insanlara dözülməz ağrı verdiyini qeyd edib. Güclü səs effekti ilə edilən hücumlar insane beynində ağır zədələr yaradır. Nəticədə qulaqda yad səslər, beyin daxilində basqı, baş ağrısı, mədə bulantısı, sərsəmlik, unutqanlıq, halsızlıq, yuxusuzluq kimi sindromlar başlayır. İstiqamətləndirilən mikrodalğalar, ultrason və ya infrason səs dalğaları Zika virusu, kimyəvi tərkiblər, psixoloji xəstəliklər, səbəbi tapılmayan daxili qulaq zədələri və beyin zədələnmələrinə səbəb olur.