Türkiyə xarici işlər naziri Hakan Fidan böyük britaniyalı həmkarı David Kemeron ilə görüşüb.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-dən bildirilib.
Görüş Brüsseldə NATO XİN rəhbərləri toplantısı çərçivəsində baş tutub.
Nazirlər Qəzza, Ukrayna və müdafiə sənayesində əməkdaşlıq məsələlərini müzakirə edib.