Edinburq Universitetinin mütəxəssisləri təkrar emal edilmiş plastikdən hər il milyardlarla test dəstində istifadə edilən "yanal axın kasetləri" istehsal etməyi bacardıqlarını açıqlayıblar.
“Sherg.az” xəbər verir ki, alimlər hətta saqqızdan xammal kimi istifadə edə biləcəklərini bildiriblər.
Mövzu ilə bağlı danışan ekspert söyləyib ki, "Təkrar emal edilmiş materiallardan beş yanal axın analizi dəsti istehsal etdik. Bunlardan üçü köhnə saqqız, soyuducu hissələri və əhəng daşından, ikisi isə bioloji mənşəli materiallardan hazırlanıb. Bizim məqsədimiz Xammal istehsalında yüzdə 30-50 qənaət etməkdir."
Britaniyalı sahibkarlar qeyd edirlər ki, səhiyyə sektorunda milyardlarla test dəsti hər il bir dəfə istifadə edildikdən sonra zibilliyə atılır.
Hazırda təkrar emal edilmiş materiallardan hazırlanmış test dəstlərinin sınaqları davam edir.
Texnikanın geniş miqyasda istifadəsi on minlərlə ton tullantıların təkrar emal oluna biləcəyi vurğulanıb.