93 yaşlı əfsanə: Klint İstvud yenə rejissor pultu arxasındadır 

  Hollivudun yaşayan əfsanəsi, 93 yaşlı Klint İstvud yenidən çalışmağa başlayıb. 
“Sherg,az” “NTV.com.tr”yə istinadən bildirir ki, Klint İstvud rejissoru olduğu son filmi “Juror 2”-nin (“2 nömrəli münsif”) çəkilişlərinə davam edir. 93 yaşlı məşhur aktyor uzun müddət sonra kamera arxasına keçib. Kamera arxasında olan məşhur aktyoru öndəki kameralar görüntüləyib. K.İstvud bundan əvvəlki “Cry Macho” filmini 2021-ci ildə çəkib. K.İstvud aktyorluq fəaliyyətinə 1970-ci illərdə başlayıb. Və Sergio Leonenin "Western" tipi filmləriylə məşhurlaşıb. Aktyorluqla yanaşı o, rejissor kimi də fəaliyyət göstərib. May ayında aktyorun 94 yaşı tamam olacaq. O, uzun müddət film sənayesindən uzaqlaşıb. Lakin son illərdə yenidən rejissorluğa başlayıb. K.İstvud sonuncu filmini tamamladıqdan sonra karyerasıyla vidalaşmağı düşünür. Kameralar önündə əfsanəvi aktyor kifayət qədər sağlam, enerjili görünüb. Rejissor kimi "Unforgiven", "Gran Torino", "Mystic River", "Million Dollar baby" filmləriylə tanınan aktyor yeni filmində baş rollara  Nicolas Hoult və Toni Colletteni dəvət edib. 1993-cü ildə K.İstvud “Unforgiven” filminə görə “Ən yaxşı rejissor”,  2005-ci ildə isə “Million Dollar Baby” filminə görə  Oscar mükafatına layiq görülüb.