Anasına şəfa verən zeytunun izinə düşdü

“İşini bilmir” deyənlərə baxmayaraq, o, dünya dördüncüsü oldu


  Gənc yaşlarında zeytunun şəfaverici gücüylə tanış olub. Anasının xəstəliyini zeytun yağıyla müalicə etdiyini görüb və bununla da zeytun yetişdirəcəyinə qərar verib.
  “Sherg.az” “Milliyet.com.tr”yə istinadən faha bir uğur hekayəsini təqdim edir. Bahar Alan 1974-cü ildə İstanbulda dünyaya gəlib. Anası Makedoniya köçkünü, atası isə kayserilidir. Bahar 6 yaşında olanda ailə Bursaya köçərək orada yaşamağa başlayıblar. Baharın uşaqlığı çox şən, qayğısız keçib. Anasının hamilə olması, ona qardaş hədiyyə edəcəyi xəbəri onu daha da xoşbəxt edib. Lakin hamiləlik zamanı anasının səhhətində problem yaranıb. Saç dibində yara əmələ gəlib, qadın hamilə olduğu üçün heç bir dərmandan istifadə etməyib. Yalnız zeytun yağı və sirkədən istifadə edib. Beləliklə, kiçik Bahar da zeytun yağının şəfaverici xüsusiyyətinə şahidlik edib. Baharın arzusu sənaye mühəndisi olmaq idi. Orta Doğu Texniki Universitetinə daxil olub və sənaye mühəndisi ixtisası üzrə oranı bitirib. Sonra isə həyatını təsərrüfata bağlayıb. 2017-ci ildə Ayvalık adlanan ərazidə zeytun bağçası icarəyə götürərək  zeytun yağı markası təsis edib. Markanın adını “Nova Vera” qoyub. Bu, “Yeni bahar və yeni gerçəklik” anlamına gəlir. Beləcə, xəyallarını reallaşdırmağa başlayıb. Zeytun yağının düzgün istifadə qaydalarını öyrənib, ən xırda detallara varıb. İldən-ilə məhsulun çəkisi artıb. Beynəlxalq yarışlarda 25 qızıl mükafat olmaqla, ümumilikdə 41 mükafata layiq görülüb. 2018-ci ildə isə Bahar Alan dünya zeytun yağı keyfiyyət göstəriciləri üzrə Türkiyəni təmsil edərək ilk 100 istehsalçı siyahısına daxil olub. Bu gün Bahar Alan Japoniyadan Amerikayadək, İsveçrədən Dubaya qədər 4 qitədə, 12 ölkəyə zeytun yağı ixrac edir. “Mənim üçün, “qadındır, bacarmaz”, deyirdilər. Sübut etdim ki, bacararam. Bu uğurumu ilk növbədə mənə zeytun yağının şəfalı olduğunu göstərən anama borcluyam”, deyən Bahar Alan qarşıdakı illərdə markasının ixracat faizini daha da artırmağı planlaşdırır.