Ölümcül təhlükə TÜRKİYƏDƏ…

Köçəri quşlar gətirib

  Quşların köçünə nəzarət edən baytar həkim Gökçə Coşqun Afrikadan köç edən şərq cılıbıtı quşunda gənə olduğunu müəyyən edib. G.Coşqun “Şərq cılıbıtı Güney Afrikadan Xəzər dənizinə, hətta Finlandiyaya qədər köç edə bilir. Əgər quşda gənə varsa, bu gənəni özüylə başqa ölkələrə daşıyır”.
  “Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, yaz ayları bir çox quşların köç mövsümüdür. Havaların istiləşməsi həm də gənə problemini gündəmə gətirir. Gənələr köçəri quşlarla da yayıla bilir. Türkiyənin Ərzurum bölgəsində bir nəfər gənə sancmasından dünyasını dəyişib. Krım-Konqo qanlı qızdırması adlanan virusun yayılması da təhlükənin miqyasını artırır. Xüsusilə sahil zolaqlarında ehtiyatlı olmaq tövsiyə edilir. Çünki gənələr bu ərazilərdə daha çox yayılmış olur. Baytar həkim G.Coşqun sahil zolaqlarında dolaşmağı və fotoqraflıq etməyi sevənlərə xəbərdarlıq edərək uzun ayaqlı şalvar geyinib, corabları şalvarın balaqlarının üzərinə çəkməyi məsləhət görüb. “Rütubətli sahil zolaqlarında dolaşanlar ehtiyatlı olmalıdır. Xırda buynuzlu heyvanların su içməyə gəldiyi yerlərdə gənələr daha çox olur. Gəzintidən evə qayıtdıqda geyimlərə diqqətlə baxılmalıdır ki, üzərində gənə olmasın. Ev heyvanları da baytar həkimlərə aparılmalı, parazitlərə qarşı tədbir görülməlidir”, söyləyən G.Coşqun Hatayın Samandağ bölgəsində “Milleyha Quş Cənnəti”ndə ötən günlərdə nadir növlərdən olan şərq cılıbıtının gəldiyi müəyyən edilib. Bu quşda gənə olduğu da aşkarlanıb. Gənə quşun dimdiyi ilə gözü arasında 2 ayrı yerdədir. “Bu, təhlükəlidir. Ölkəmizə quşlar vasitəsilə müxtəlif parazitar xəstəliklər yayıla bilər. Gənələr bir çox ölümcül xəstəliklərin daşıyıcısı ola bilir. Krım-Konqo qızdırması, “Lyme”, “Q qızdırması”, gənə qaynaqlı ensefalit, Aralıq dənizi qızdırması, monositik erlikyoz, granülositik erlikyoz, babezyoz kimi xəstəliklər yayıla bilər”, deyən baytar həkim yaz aylarında piknik istirahətinə çıxanların diqqətli olmasını tövsiyə edib.