Hollivudun körpə “ulduz”u: Atası ilə heç bir əlaqəsi qalmadı

  Bir zamanlar Hollivudun “ulduz” körpəsi hesab edilən Suri Kruz 18 yaşını qeyd edib. Surinin körpə yaşlarından “ulduz”a çevrilməsinin səbəbkarları  məşhur valideynləri – Tom Kruz və Keti Holmsdur.
 “Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, “İşimiz təhlükə”, “Top Gun” və “Jack Reacher” kimi filmlərdəki obrazlarıyla məşhurlaşmış Tom Kruzun “Dawson's Creek” filminin “ulduzu” Katie Holmeslə evliliyindən dünyaya gəlmiş qızları Suri artıq 18 yaşındadır. Suriyə yaxın olanların dediyinə görə, o, atasıyla 10 ildir ki, görüşmür. T.Kruzla K.Holmsun evliliyi 6 il davam edib. 2006-cı ildə evlənib, 2012-də boşanıblar. K.Holms boşanma səbəblərindən biri kimi Tom Kruzun saentoloji təriqətə (katolik dinində yeni bir təriqətdir) bağlılığını göstərmişdi.  Tom Kruz da bunu təsdiq etmişdi. Məhkəmə isə Surinin himayəsini bütünlüklə K.Holmsa verib. K.Holmsun qızının vərəsəliyini təkbaşına üstlənməsinin bir səbəbi də T.Kruzun əvvəlki həyat yoldaşı, Hollivud “ulduzu” Nikol Kidmanla evliliyindən olan uşaqlarının analarından daha artıq atalarına bağlı olmasıdır. K.Holms belə bir halın onun da başına gələcəyindən qorxaraq qızının vərəsəliyini təkbaşına üzərinə götürüb. Məhkəmə qərarına görə, T.Kruz qızı 18 yaşına çatanadək hər ay ona 400 min dollar pul ödəməlidir. Məhkəmədən sonra isə Tom Kruz qızı Suri ilə çox nadir hallarda görüşüb.  Artıq ali məktəbə daxil olmağa hazırlaşan Suri atasıyla təqribən 10 ildir ki, görüşmür. Bu günlərdə 18 yaşını qeyd edən Suri Kruz Nyu-Yorkda çiçək mağazası önündə kameralara “yaxalanıb”. Onun Keti Holmsun gənclik illərindəki halına bənzərliyi diqqət çəkib. Surinin 18 yaşının tamam olması atası tərəfindən indiyədək ona ödənilən məbləğin kəsiləcəyini və bununla da ata ilə qız arasında bütün əlaqələrin qopacağı anlamına gəlir.