Matviyenko: Avropa ABŞ-nin vassalıdır

“Avropa sözün əsl mənasında Birləşmiş Ştatların vassalıdır”.

APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, bunu Rusiyanın Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.

O həmçinin rəsmi Vaşinqtonun “qoca qitəni” çökdürdüyünü deyib.

"ABŞ hakimiyyəti Avropanı həm siyasi, həm də iqtisadi cəhətdən çökdürüb. Beləcə, Avropa bilavasitə ABŞ-nin vassalına çevrilib. Əgər o, bu günə qədər həm təhlükəsizlik, həm də müdafiə cəhətdən rəsmi Vaşinqtondan asılı idisə, hazırda Vaşinqton Avropanı ayaqlar altında əzib" – deyə, V.Matviyenko fikirlərini yekunlaşdırıb.