Ailəsindən küsdü: Yeri qazıb özünə ev düzəltdi

Andres Canto valideynlərinin “kəndə idman geyimində getmə” iradına görə evdən küsüb. 14 yaşlı Andres babasındaqalma bel və külüngü götürüb bağçada qazıntıya başlayıb. 
“Sherg.az” “milliyet.com.tr”yə istinadən bildirir ki, Andres düz 8 il qazma işləriylə məşğul olub. Evlərinin bağçasında ev tipli mağara düzəldib. Bura normal evdən demək olar, heç nəylə fərqlənmir. Aşağıya doğru enən torpaq pillələr mağara-mənzilin içinə aparır. Mənzildə qonaq otağı və yataq otağı var. Bura görənləri heyrətləndirir. Andres bu işi həvəslə gördüyünü deyib: “Son 2 ildə torpaq qatını yarım metr də alçaldaraq qonaq otağının ərazisini xeyli genişləndirmişəm. Fikrimdə var ki, daha bir otaq əmələ gətirim. Bunun üçün bir az da dərindən qazmalıyam. Buna isə yalnız həftədə 4 saat vaxt ayıra bilirəm”. Andres təhsil alır və buna görə də qazıntı işlərinə son zamanlar çox vaxt ayıra bilmir. “Məhəllədə sıxılırdım, nəsə bir iş görmək istəyirdim. Əvvəlcə planımda bir quyu qazmaq vardı. Amma qazıntıya başladıqda fikrim dəyişdi. Və özümə mənzil düzəltməyi qərara aldım” deyən Andersin torpaq mənzilində xörək bişirmək üçün kömür ocağı, musiqi dinləmək üçün səs sistemi, telefona bağlı Wi-Fi, 4 ədəd elektrik qızdırıcı var. Mağara yerin 5 metr dərinliyindədir. Andres Canto artıq hamının onun torpaq ev arzusunu qəbul etdiklərini, tez-tez qonaqları olduğunu deyib. “Dostlarım  buranı bəyənirlər. Mənə qonaq gəlirlər və çox gözəl vaxt keçiririk. Burada ilin ən isti aylarında temperatur 21 dərəcədən yüksəyə qalxmır. Sərin olur. Amma yağışlar zamanı subasma problemi yaşayıram. Su ilə bərabər həşəratlar, böcəklər də gəlir. Narahat deyiləm, əksinə, öz mənzilim olduğu üçün xoşbəxtəm. Burada yuyunmaq üçün də şərait yaradacam. Cakuzi düzəltmək fikrim də var”, söyləyən Anders bu işin çox əyləncəli olduğunu deyib.