Rusiya müdafiə nazirinin müavini korrupsiya ittihamı ilə həbs edilib


Ukrayna-Rusiya müharibəsinin qızğın vaxtında Rusiya müdafiə nazirinin müavini Timur İvanov korrupsiyada şübhəli bilinərək həbs edilib.

Sherg.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki,  saxlanıldıqdan sonra İvanov rüşvətxorluq və korrupsiyada ittihamı ilə məhkəməyə çıxarılıb və rəsmən həbs edilib.

Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putin və Sergey Şoyquya çərşənbə axşamı saxlanılan İvanov barədə əvvəlcədən məlumat verildiyini bildirib.