Moda dünyasında "ləkəli" şalvar müzakirə olunur

Moda dünyası həmişə sərhədləri aşmağı sevir. Yeni çıxan “sidik ləkəli” görünüşlü cins şalvarlar yüksək qiymətləri ilə moda dünyasının yeni müzakirə mövzusuna çevrilib.

Sherg.az xəbər verir ki, yeni çıxan "sidik ləkəli" cins şalvarlar moda həvəskarlarını iki yerə bölüb.

İlk dəfə ötən il Milan Moda Həftəsində təqdim edilən və bu il bir marka tərəfindən satışa çıxarılan cins şalvar 608 dollara (təxminən 20 min TL) satılır.
 
Bəzi istehlakçılar reaksiya göstərsə də, şalvarın zəif satıldığı öyrənilib. 
Əslində, bütün bu konsepsiyanın beyni əvvəllər televiziyada bu barədə zarafat edən komediyaçı Tim Robinson idi.

Tanınmış komediyaçı öz şousunda kişilərə bir az dağınıq olduqlarını ört-basdır etməyə kömək etmək üçün çirkli şalvar satan bir veb sayt ideyası ilə gəldi.

Bu zarafat "sidiklə ləkələnmiş" cins şalvarla gerçəkləşdi.