Barış Mançonun avtomobili haradadır?

Doğukan Manço atasının Belçikada qalan avtomobilini Türkiyəyə gətirmək istəyir
 

 Türk dünyasının sevilən ifaçısı, mərhum Barış Manço vəfatından bir qədər əvvəl Belçikada səfərdə olub və orada avtomobil alıb. Lakin avtomobilin hazırda harada olması müəmmalıdır. 
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, atasının avtomobilinin taleyinə oğlu Doğukan Manço aydınlıq gətirməyə çalışıb. Sosial mediada paylaşım edən Doğukan Manço atasının Belçikada qalan avtomobilini Türkiyəyə gətirmək istəyir. Və bu məqsədlə fəaliyyətə keçib. D.Manço bunun üçün bəzi rəsmi dairələrin yardımına ehtiyac olduğunu qeyd edib. Rəsmi dairələrə müraciət üçün Doğukan Manço anası Lalə Manço Ahıskalı və qardaşı Batıkan Mançoyla bir araya gəlib. D.Manço paylaşımında “atamın avtomobili haradadır, kimdədir? Belçikadan avtomobilin gətirilməsi üçün Ticarət Bakanlığı, Gömrük Müdirliyinə istədikləri sənədləri təhvil vermək üçün anam Muğladan, qardaşım Batıkan Belçikadan Türkiyəyə gəliblər. Sənədləşmə işlərini tamamlamışıq. Ümid edirəm, işlər yolunda gedəcək”, qeyd edib. Doğukan Manço 1981-ci ildə Belçikanın Liege şəhərində anadan olub. Kiçik yaşlarından fərdi piano və gitara dərsləri alıb.  Orta təhsilə isə İstanbulda - Qalatasaray liseyində başlayıb. Orta təhsilini Bahariyyə liseyndə tamamlayıb. 1997-ci ildə atasının məsləhəti ilə Mərmərə Radio Televiziya Qəzetçiliyi Anadolu Texniki liseyinə keçib. Barış Manço 1999-cu ildə vəfat etdikdə ali təhsil almaq üçün ABŞ-nin Florida ştatına gedib. Şəhər və bölgə planlaşdırılması ixtisası alıb. Floridada yaşadığı illərdə Florida Türk Radiosunda türk dilində “Bişilmiş köynək” adlı proqram hazırlayıb və  aparıcılıq edib. 2008-ci ildə Türkiyəyə qayıdıb. Və eyni adlı proqramı Türkiyə radiosunda səsləndirib.  D.Manço peşəkar drift pilotudur. DC-lik də edir.  2012-ci ildə “Manço prodaksn” yayım şirkəti təsis edib. Populyar mahnıların yayımı, reklamı ilə məşğul olur. 2013-cü ildə “Survivor” yarışmasına qatılıb. Finala qədər yüksələrək yarışın ikincisi olub. Göstərdiyi uğurlu nəticələr səbəbiylə Acun İlıcalı tərəfindən “Survivor All Star” komandasına daxil edilib.