Paşinyan Ermənistanda Rusiya telekanallarının yayımının dayandırıla biləcəyini deyib

“Əgər Rusiya telekanalları Ermənistanın daxili işlərinə hörmətsizlik etsə, onların yayımı dayandırıla bilər”.
Bu barədə Paşinyan bugünkü mətbuat konfransında bildirib.

O, Ermənistan hakimiyyətinin Rusiya telekanalları ilə bağlı tələblərinin yerinə yetirilməli olduğunu deyib.