Rusiya qüvvələri Kiyevdəki zavodlara zərbələr endirib

Rusiya silahlı qüvvələri Kiyevdəki Darnitski avtomobil təmiri zavodunun ərazisinə və Antonov aviasiya zavodu istiqamətində silsilə zərbələr endirib.

APA xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Bildirilib ki, saat 05:00-da Kiyev vilayətinin Brovarı rayonunda güclü partlayış səsləri eşidilib.